Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda jurnalisti öldürən sürücü tutuldu
Azərbaycanda jurnalisti öldürən sürücü tutuldu
23 Fevral 2017 / 10:51 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

Əməliyyatçılar isti izlərlə onun kim olduğunu aydınlaşdırıb

Dünən axşam saatlarında Lənkəranda 57 yaşlı xanım jurnalisti vuraraq onu ağır vəziyyətdənhadisə yerində qoyub qaçan sürücü saxlanılıb.

İstiPress-in cənub bürosunun verdiyi məlumata görə, əməliyyatçılar isti izlərlə aydınlaşdırıb ki, qaçan sürücü Masallı rayonunun Musaküçə kənd sakini 1958-ci il təvəllüdlü Həsənov Bağı Məmmədhəsən oğludur.

O, piyadanı idarə etdiyi VAZ 21099 markalı maşınla vuraraq aradan çıxa bilib. Hadisə Ələt-Astara magistral yolunun Liman şəhəri ərazisində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.

Xatırladaq ki, Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

D. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun şair-jurnalist olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə