Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan prezidenti Azərbaycana gəlir
Gürcüstan prezidenti Azərbaycana gəlir
23 Fevral 2017 / 10:59 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə