Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Küləkli hava sabah da davam edəcək
Küləkli hava sabah da davam edəcək
23 Fevral 2017 / 12:39 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq.  Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti, Bakıda gecə 2-4° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 24-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, qısa müddətdə arabir güclənən gilavar və xəzri küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə