Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda qar uçqunu – 1 ailənin 5 üzvü öldü – YENİLƏNİB
Azərbaycanda qar uçqunu – 1 ailənin 5 üzvü öldü – YENİLƏNİB
23 Fevral 2017 / 14:03 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Qar bir ailənin yaşadığı evin üstünə düşüb

Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə yaşayıblar. İstiPress-in əldə etdiyi ən son məlumatlara görə, uçqun nəticəsində ölənlər bunlardır:

1. Qaynana – 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva;

2. Gəlin – 1994-cü il təvəllüdlü İlahə Mustafayeva;

3. 2015-ci il təvəllüdlü  Zəhra Qasımqızı;

4. 2016-cı il təvəllüdlü Uğur Qasımov.

Qar altından qalan evdən bir nəfər sağ çıxarılıb. Bu, 2016-cı il təvəllüdlü Elcan Zöhraboğludur. Qeyd edək ki, artıq meyitlər qarın altından çıxarılıb. Məlumat üçün bildirək ki, hadisə baş verən vaxtı qardaşlar və ataları həyətdə olublar. Onların yaşadığı Orand kəndi Lerikin ən ucqar yaşayış məntəqəsidir.

***13:10

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə yerinə polis və xilasedicilərin çatması hələlik mümkün olmayıb. Kənd sakinləri Lent.az-a bildiriblər ki, yollar qalın qar örtüyü ilə örtüldüyündən hələ də hadisə yerinə rayon mərkəzindən gəlib çatmaq mümkün olmayıb. Kənd sakinləri ölən şəxslərin meyitinin dağıntılar altından çıxarılmasına çalışır.Orand kəndində hazırda 1 metrə yaxın qar var.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

*****

13:02

Lerik rayonunda qar uçqunu baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə