Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fevralın 26-da bu yollar bağlanacaq – SİYAHI
Fevralın 26-da bu yollar bağlanacaq – SİYAHI
23 Fevral 2017 / 13:48 / Baxış sayı: 554
Font1 Font2 Font3 Font4
 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, yürüşçülərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşrutla 28 May, A. Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar aşağıdakı marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. 1. Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-nin çıxışından 3-cü kənar dairəvi yola;2. 20-ci sahə dairəsindən Dağ Üstü park yolu ilə Badamdar qəsəbəsinə;3. Bayıl qəsəbəsi – Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən – 20 ci sahə qəsəbəsinə;
4. Bayraq meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə.Eləcə də, Niyazi, Teymur Elcin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsilə kəsişməsindən, Afiyəddin Cəlilov – Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai Prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xəqani, Puşkin, 28 may, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov kücələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur. Hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə