Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda böyük bahalaşmanın anonsu: Valyuta axını sürətlənir
Azərbaycanda böyük bahalaşmanın anonsu: Valyuta axını sürətlənir
23 Fevral 2017 / 14:07 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4
Azərbaycan idxaldan asılı vəziyyətə düşüb. Ekspertlərin fikirincə, dolların bahalaşması və qeyri-neft sektorunda nisbətən geriləmə iqtisadi durumu yaxın aylarda daha da gərginləşdirəcək. Belə ki, idxaldan asıllığımızı nəzərə alaraq bayramlar qabağı idxalın artması gözlənilir, bu da ölkədən valyuta çıxışının sürətini artıracaq.
Qeyd edək ki, 2017-ci ilin yanvarında idxalda ötən ilin ilk ayı ilə müqayisədə 3,64 faiz artım olub. Ölkəyə 450 milyon dollarlıq məhsul idxal edilib. İdxalın 23,81 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub.  Yeyinti məhsulları ümumi həcmin 17 faizini təşkil edib. 2016-cı ilin ilk ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 22,44 faiz artıb. Ət idxalında 97,97, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 224,4 faiz, çay idxalında 225,18 faiz, buğda idxalında 222,82 faiz, şəkər idxalında 37,29 faiz, tütün və tütün məmulatları idxalında 36,26 faiz artım olub.
İqtisadçı-ekspert Qadir İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, idxalda fantastik artımlar onu göstərir ki, Azərbaycanda qida sənayesi bazarı tamamilə idxal əsasında formalaşır: “Azərbaycan idxaldan tam asılı bir durumdadır. Ərzaq təhlükəsizliyi proqramı demək olar ki, uğursuz olub. Proses ona gətirib çıxaracaq ki, Azərbaycanda qiymətlər yenidən dolların kursuna görə uyğunlaşacaq. Yəni, dolların kursu qalxdıqca, qiymətlər də artacaq.Bu həm də arada işsizlik və yoxsulluq problemi deməkdir.Bu tendensiya bir daha onu göstərdi ki, ölkənin qeyri-neft sektoru iflic vəziyyətindədir.Ölkənin ərzaq təhlükəsizliyi təhdidlər altındadır və bu təhdidlər yaxın illərdə də davam edəcək”.
Qadir İbrahimli idxaldan asılılığın aradan qaldırılması ilə bağlı məsələyə də toxunub. O, deyib ki, bu problemi aradan qaldırmaq üçün emal sənayesi və rəqabət mühiti təmin edilməlidir:  “Emal sənayesi monopoliyalardan təmizlənməlidir. Təəssüflər olsun ki, bununla bağlı heç bir işartı yoxdur.Emal sektorunda heç bir xüsusi siyasət həyata keçirilmir.Belə görünür ki, hökumətin bununla bağlı niyyəti də yoxdur. İndiki ana qədər belə bir niyyət hiss olunmur. Əgər belə bir niyyət yoxdursa, bu təbii ki, daha ağır fəsadlara gətirib çıxaracaq”. (cebhe.info)
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə