Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vergi ödəyicilərinə xəbərdarlıq edildi
Vergi ödəyicilərinə xəbərdarlıq edildi
23 Fevral 2017 / 15:08 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib. 

arxiv.bizimxeber.az “Report”-a istinadən xəbər verir ki, müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır.

Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur.

“Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir. Vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i qədər faiz tutulur”, – deyə müraciətdə bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə