Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev türkiyəli naziri qəbul edib – FOTO
İlham Əliyev türkiyəli naziri qəbul edib – FOTO
23 Fevral 2017 / 16:07 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

F.Çelik prezident İlham Əliyevin tövsiyəsi ilə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda yaradılmasına və uğurla fəaliyyət göstərməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.

O, hazırda Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əməkdaşlığın yaradıldığını deyib.

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığını və baş nazir Binəli Yıldırımla Münxendə görüşünü məmnunluqla xatırlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu gün Bakıda keçirilən növbəti toplantısının önəmini qeyd edən dövlət başçısı Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla səmərəli görüşün olduğunu vurğulayıb.

Görüşdə ölkələrimizin kənd təsərrüfatı nazirlikləri arasında əlaqələrin yaxşı potensiala malik olduğu bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev türkiyəli naziri qəbul edib - FOTO

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə