Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda saxta viza düzəldənlər peyda olub – Yüzlərlə qurban var/ FOTOFAKT
Bakıda saxta viza düzəldənlər peyda olub – Yüzlərlə qurban var/ FOTOFAKT
23 Fevral 2017 / 16:11 / Baxış sayı: 5194
Font1 Font2 Font3 Font4

Bakıda saxta viza hazırlayaraq dələduzluqla məşğul olan dəstə peyda olub.

BakiPost.az xəbər verir ki, dəstə üzvləri Kanadaya və digər ölkələrə getmək istəyən şəxslərdən pul alaraq, qısa müddət ərzində onlara təhsil, turizm vizası verməyi vəd edib.

Yaxınları dələduzluqla üzləşən şəxslərdən birinin məlumatına görə, dəstə üzvlərinin “qurban”ı olan bir ailə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan zaman hava limanında saxlanılıblar. Onlar saxta vizayla ölkəni tərk etməyə cəhd etdikləri üçün 7000 dollar məbləğində cərimə ediliblər.

Məlumata görə, viza dələduzlarının hazırladıqları sənədlərin üzərində Pakistan və Hindistana aid qeydlər olub. Belə ki, viza sənədinin hazırlanması üçün nümunələr internetdən götürülüb, fotoşop vasitəsilə düzəldilib və çap edilib.

Saxta vizaya görə cərimələnən şəxslər Bakıya qayıdaraq hadisə ilə bağlı aidiyyəti qurumlara və polisə şikayət ediblər. Polis idarəsindən isə onlara yüzlərlə belə şikayət daxil olduğunu, vizanı hazırlayan şəxsin isə artıq Bakıda olmadığını bildiriblər. Şöbədən qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır.

Yayılan məlumata görə, araşdırma işi Binəqədi rayon 5-ci Polis Bölməsinə tapşırılıb.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı 5-ci Polis Bölməsi ilə əlaqə saxlayıb. Bölmədən xəbər nə təkzib edilib, nə də təsdiq: “Bununla bağlı açıqlama verməyə ixtiyarımız yoxdur”.

 Nümunə üçün əsl viza sənədi ilə saxta viza sənədinin fotolarını təqdim edirik:

Əsl viza

Saxta vizalar

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə