Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan hökuməti Rusiya vətəndaşları barəsində qəribə qərar verdi
Ermənistan hökuməti Rusiya vətəndaşları barəsində qəribə qərar verdi
23 Fevral 2017 / 16:28 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Rusiya vətəndaşları artıq ölkədaxili pasportları ilə də Ermənistana səfər edə bilərlər. Yəni bunun üçün xarici pasportun olması vacib deyil.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən bildirir ki, T.Balayan xüsusilə vurğulayıb ki, hökumətin qərarına əsasən, rusiyalılar Ermənistana daxili pasportlarla yalnız təyyarə ilə gəlmək hüququna malikdirlər. Quru yolu ilə bunun edilməsinə icazə verilməyəcək.

Qəribə isə odur ki, Ermənistanla Rusiyanın ümumi sərhədi yoxdur və rusiyalılar quru yolu ilə yalnız üçüncü ölkələr vasitəsilə Ermənistan sərhədini keçə bilərlər ki, həmin ölkələrə Rusiya vətəndaşları daxili pasportları ilə buraxılmırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə