Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Lotu Qulinin”nin yeznəsinin işi ağırlaşdırıldı – MƏHKƏMƏ BAŞLAYIR
“Lotu Qulinin”nin yeznəsinin işi ağırlaşdırıldı – MƏHKƏMƏ BAŞLAYIR
23 Fevral 2017 / 16:39 / Baxış sayı: 1342
Font1 Font2 Font3 Font4

Hazırda həbsxanada cəza cəkən “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun bacısının ərinin məhkəməsi başlayır.

Bu barədə Lent.az-a onun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilib.

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Vəkil həmçinin onu da qeyd edib ki,  ilk öncə bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb: “O zaman müdafiə etdiyim şəxs barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ittiham verilmişdi. Məhkəmə dövründə prokurorluq tərəfindən vəsatət verildi. İş yenidən istintaqa qaytarıldı. İstintaq işi daha da ağırlaşdırdı və müvəkkilim barəsində Cinayət Məcəlləsinin 234.4 3 (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verildi”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə