Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hakim ölən qadına 11 il cəza kəsdi – FOTO
Hakim ölən qadına 11 il cəza kəsdi – FOTO
23 Fevral 2017 / 17:22 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4

Hazırda həbsdə olan Rehyan Hüseynova vəkili Ceyhun Yusufov vasitəsilə Criminal.az saytına başına gətirilənlərlə bağlı müraciət göndərib.

Müraciətdə bildirilir: ”2012-ci ildə Nəsimi rayon Ş.Bədəlbəyli küçəsi, 70-də yerləşən mənzilim dövlət tərəfindən sökülüb və dövlət tərəfindən kompensasiya ödənilib. Həmin kompensasiyaya əsasən özümə ev axtarırdım. Qonşum Ceyran Rüstəmovanın uzun illərdən tanıdığı ev alqı-satqısı ilə məşğul olan sonradan adını bildiyim Gülməmmədov Mətanətin vasitəsi ilə evin keçmiş sahibəsi olan, Yavər Babayevadan Yasamal rayonunda yerləşən Xaqan Dadaşov küçəsi 40 A, ev 1-i notarial qaydada, qanuni alqı-satqı müqaviləsinə əsasən almışam.

Xavər Babayevadan həmin evi 200 000 manata almışam, alqı-satqı müqaviləsi 02 dekabr 2012-ci ildə bağlanıb. 13.03.2013-cü il tarixindən etibarən həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən adıma çıxarış verilib və həmin ev öz mülkiyətimdədir. Evin əvvəlki sahibləri onlara verilən vaxt bitsə də, evi boşaltmaq istəmədilər. Səbəb olaraq bildirdilər ki, onlar evin alqı-satqısından aldıqları pulu Xavər Babayevanın qardaşı Rəhimov Məmmədağa pulları götürərək xaricə qaçıb. Onların evdən çıxmamaq fikirlərini görüb aidiyyatı üzrə məhkəməyə müraciət edirəm.

2013-cü il mayın 29-da iddiam təmin edilir. Buna baxmayaraq, Babayevlər yenə də bəhanələr gətirərək vaxt udmağa çalışırdılar, bankdan pul çıxartmaq istədiklərini deyirdilər. Bundan başqa, mən Ceyran Rüstəmovanın tanışı olan Kərimova Mehriban adlı bir qadına notarial qaydada borc müqaviləsinə əsasən 2012-ci il avqustun 2-də borc pul verirəm. M.Kərimova isə mənim ona verdiyim 50 000 manata təminat olaraq öz evini mənə girov qoyur”.

İddiaçı Mehriban Kərimova

”M.Kərimova pulu borc alanda bildirir ki, onlar qaçqınlar üçün türklərlə birlikdə ev tikirik, pullları hesablarına oturmaq üçün gecikir, ödəmələr etməlidir və buna görə də bir aylıq pul lazımdır. M.Kərimova öz öhdəliyini yerinə yetirməyə söz versə də, sonradan bundan yayınır. Məndə isə Mehribanın heç bir məlumatları olmadığına görə onunla əlaqə saxlamırdım. Onunla Ceyran Rüstəmova əlaqə saxlamağa çalışsa da heç bir nəticə alınmırdı. Çünki M. Kərimova öz evində qalmırdı, telefona cavab vermirdi. Sonunda aidiyyatı üzrə məhkəməyə müraciət edirəm. M.Kərimovaya məhkəmənin yeri və vaxtı barədə dəfələrlə xəbardarlıq edilsədə, o, bilərəkdən məhkəməyə gəlmirdi.

10.01.2013-cü il tarixində məhkəmə tərəfindən mənim iddiam təmin edildi. Bir müddət sonra C.Rüstəmovaya məlum olur ki, M.Kərimova başqa mənzildə kirayə qalır. C.Rüstəmova Mehribanı tapır. Mehriban yenə də onu aldadaraq pulu verəcəyini söz verir. Bundan sonra bizə məlum olur ki, M.Kərimova pulu alanda dediyi kimi işinin gecikməsi üçün deyil, borclarını ödəmək üçün almış olur. M.Kərimova pulu götürəndə artıq onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılaraq məhkəməyə verilir və M.Kərimova bizdən aldığı pulu kimlərəsə vurduğu zərər və ziyanı ödəyərək azadlıqda qalmağı bacarır və bu gün hal hazırda “zərərcəkmiş” olur.

Mərhum Ceyran Rüstəmova

Belə ki Kərimova Mehriban Yavər qızı 05.06.2013-cü il tarixində Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nın 178.3.2-ci maddəsi ilə 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, CM-nin 70-ci maddəsinə tədbiq etməklə 2 il şərti ilə sınaq müddətinə məhkum olub. Mehriban Kərimova “konsaltinq” hüquq şirkətində direktor vəzifəsində işləyir”-R.Hüseynova yazıb.

R.Hüseynova daha sonra qeyd edib: ”2013-cü il noyabırın 1-də uzun illərdən bəri tanıdığım və ailəvi dostluq etdiyim, birgə ticarətlə məşğul olduğum Səkinə Sadıxovaya onun xahişi ilə borc müqaviləsinə əsasən notarial qaydada 100.000 manat borc pul verirəm. Evim sökülən gündən etibarən 2012-ci ilin may ayından S.Sadıxovanın evində ailəmə birlikdə kirayədə yaşamışıq. S.Sadıxovanın dövlət tərəfindən mənə verilən kompensasiyadan xəbəri var idi. S.Sadıxova ilə çox yaxın münasibətlərimiz olduğundan onun mənim ev almağımdan, yuxarıda adları qeyd olunan adamların kimliyindən, hətta həmin adamlarla məhkəmə cəkişmələrimizin olmasından da xəbəri var idi.

S.Sadıxova pulumu qaytarmaq vaxtı gələndə pulu verməmək üçün mənə qarşı çirkin oyunlar oynamağa başlayır. Ev aldığım insanları və borc pul verdiyim M.Kərimovanı taparaq onlara əlbir olaraq mənə qarşı birləşdilər. S.Sadıxova onlara vəd verərək bildirib ki, guya heç kim onlardan nə ev, nə də pul almayacaq. Beləliklə, S.Sadıxova planına uyğun olaraq Babayeva Xavərin oğlanları ElşadEmil Babayevlərlə Səkinənin oğlu Səməd Sadıxov və əri, ədliyyə polkovniki Fikrət İsmayılovun əlaqələri sayəsində öncədən planlı şəkildə qurulmuş ssenariyə əsasən C.Rüstəmovanı və məni Axundov Bağının yanına çağırırlar.

Polkovnik Fikrət İsmayılov

Bu hadisə 27.11.2013-ci il tarixində baş verib. Emil və Elşad Babayevlər Ceyrana zəng vuraraq bildirirlər ki, evin pulunu düzəltmişik gəlin gedək alqı-satqını ləğv edək. Oradan isə biz rəsmən keçmiş MTN-in əməkdaşları tərəfindən S.Sadıxovanın sifarişi ilə oğurlanırıq. Sonradan bizə məlum olur ki, S.Sadıxova tərəfindən onlara məlumat verilir ki, mənim evim sökülüb və külli miqdarda pulum var. Sonra məlum olur ki, mənim tanıdığım neçə-neçə insanlara Səkinənin külli miqdarda borcu var.

Keçmiş MTN əməkdaşlarının istədikləri pulun bir hissəsini ödədikdən sonra biz azadlığa buraxılırıq. Bir hissəsini isə verə bilmədiyimizdən Səkinənin və onun əri F.İsmayılovun yüksək çinli çinovniklərinin sifarişləri, zəngləri əsasında barəmizdə əsassız və qanunsuz cinayət işi açılır. S.Sadıxova və X.Babayeva haqqımda şər və böhtan xarakterli ərizələr yazaraq məni şantaj etməyə başladılar. Eyni zamanda, bu şəxslərin qanunsuz hərəkətlərindən bütün güc strukturlarına teleqramlar, ərizələr göndərirəm. Qəbullarda oluram bütün sənədlərimi, sübutlarımı, məhkəmələrə dair qərarları təqdim edirəm. Mənə bütün qurumlar tərəfindən eyni sözlər deyərək bildirirlər ki, sizin işiniz mülki xarakterlidir və gedin icraya müraciət edin məhkəmənin qərarına əsasən qoy evinizi boşaltsınlar, pulunuzun alınıb verilməsini təmin etsinlər.

Emil Babayev Ali Məhkəmə qarşısında əlində benzin alaraq intihar cəhdi

Üstündən bir müddət keçməmiş həmin söz deyən insanlar tərəfindən Səkinə havadarlarının sifarişi və zəngləri nəticəsində bizə cinayət işi açılaraq, sonunda bizi mütəşəkkil dəstəyə cevirirlər. Evə baxmağa gedəndə və evin alqı-satqısı günü gördüyüm makler Mətanət Gülməmmədovanı mənə birləşdirərək cinayətkar dəstə halına gətirərək sonunda bizi azadlıqdan məhrum edilər.

Belə ki, 2014-cı il 12 sentyabda Bakı Şəhəri Prokurorluğuna şahid qismində çağrılıram, sonradan ”istintaqdan yayınırsan” deyərək haqqımda həbs qətimkan tədbiri seçilir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən heç bir iş araşdırılmır, hər şey bizim əleyhimizə işlənərək bizə qarşı haqsızlıqlar olundu. İş məhkəməyə verildiyində, mən məhkəmənin hər şeyi araşdıracağına və qanuna uyğun olaraq aparılacağına çox güvənirdim və inanırdım ki, ədalət mühakiməsi işi qərəzsiz və vicdanla aparacaq, sonunda haqq-ədalət yerini tutacaq, sübutlar, dəlillər ortaya çıxarılacaq və hər şey sübut olunacaq.

Biz bilirdik ki, ibtidai istintaq zamanı Səkinənin havadarları müstəntiqə, istintaqın gedişatına təsir, təziq görsədirdilər, düşünürdüm ki, məhkəmədə bunu edə bilməzlər. Amma çox əfsuslar olsun ki, hər şey tərsinə oldu. Məhkəmə prosesi başladığı ilk gündən dırnaq arası zərər çəkmişlərin bütün dedikləri yerinə yetiriləcək iki hakim dəyişilir. Birinci hakimin ilk tanışlıq məhkəməsindən sonra hakim və sədrlik edən hakim Əfqan Hacıyevdən etiraz edirlər. Etirazları təmin edilir.

İkinci hakim və sədrlik edən hakim Fikrət Qəribovun tərəfindən 6-7 ay məhkəmə prosesi gedir. Hər kəs ifadəsini verir, artıq məhkəmə yekunlaşmaq üzrə olan zaman”zərərçəkmişlər” Fikrət Qəribovdan imtina edirlər ki, bu hakimdə dəyişdirilsin. Sonunda onların bu sifarişidə yerinə yetirilərək bizim işimiz əvvəlcədən planlaşdırdıqları hakim Azər Orucova həvalə olunur.

Hakim A.Orucov hazırlıq məhkəməsində tanışlıq olanda çox pafoslu çıxış edərək: “Bilirsiz mən 40 ildir hakim işləyirəm məni başqaları ilə səhv salmayın”. 2015-ci ilin mart ayının 12-dən etibarən məhkəmə prosesləri başlayaraq 2016-cı il dekabrın 7-də hökm çıxarılır. 1 il 9 ay məhkəmə prosesi gedir, onun 1il 2 ayını A.Orucovun sədrliyi ilə olan tərkib aparır, bu müddət ərzində ifadəm alınmır, ifadə verməyimə A.Orucov tərəfindən imkan verilmir, fikirlərimi izah etməyə imkan yaradılmır. Bir dəfə də olsun vəsatətlərim Azər Orucov tərəfindən qəbul olunmur. Məhkəmə prosesləri zamanı bizim işlə bağlı toplanan sənədlər heç biri hakimin qabağında olmur, məhkəməyə gətirilmir. Biz bu haqda da Ağır cinayətlər məhkəməsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişik.

Deyirlər ki, məhkəmə ayrı müstəqil bir qurumdur, məhkəmənin işinə kimsə müdaxilə edə bilməz. Onda belə bir sual meydana çıxır, əgər məhkəmənin işinə heç kim qarışa bilmirsə, məhkəmə müstəqildirsə, müstəqil qərar verə bilirsə, mən 40 ilin hakimiyəm deyən Azər Orucov S.Sadıxovanın havadarlarından necə və hansı əsaslara görə qorxub. Bütün sənədlərimi, sübutlarımı, məhkəmə qərarlarımı belə heçə sayaraq, məhkəmə qərarları ləğv olunması, notarial qaydada bağlanmış borc müqaviləmin ləğv olunmasını və etibarlı sayılmasını, hətta üstəlik mənim qanunla alqı-satqı yolu ilə aldığım evimin, mülkümün alqı-satqısı ləğv edilərək etibarsız hesab edilir. Üstəlikdə bununla ürəyi sakitləşmir mənə ciddi rejimdə cəza çəkməklə, 11 il azadlıqdan məhrum etməklə hökm oxuyur. Mən bilmək isdəyirəm, hansı cinayəti törətmişəm ki, bu qədər ağır cəza ilə ittiham edilirəm‼! Mən adam öldürmüşəm? mən dövlət xainiyəm? Yoxsa mən uşaq qatiliyəm? Dünyanın heç bir yerində belə məhkəmə prosesi, belə haqsızlıq məhkəmə tarixində olmayıb, nəyinki Azərbaycanda. Belə bir hökmü yalnız 40 ilin hakimi Azər Orucov verəcək yəqin ki, özünün dediyi kimi sayılı günləri qaldığı üçün təqaüdə getməsinə öz adını qızıl hərflərlə genneslər kitabına salmaq qərarına gəlib”.

Şikayətçi əlavə edib ki, məhkəmə hökm günü çıxarılan gün C.Rüstəmova kliniki ölüm keçirdi. Məhkənə ölmüş bir adama 11 il cəza kəsdi. Hökmdən bir gün sonra isə dünyasını dəyişir.

Xatırladaq ki, məhkəmənin höğkmü ilə R.Hüseynovadan başqa Kəmalə Rüstəmova, onun həyat yoldaşı Yaşar Rəsulov da azadlıqdan edilib.

İddialarla bağlı qarşı tərəflə əlaqə saxlamaq mümkün olmadı.

 

arxiv.bizimxeber.az
Azərbaycan məhkəməsində analoqu olmayan cinayət işi: Hakim ölən qadına 11 il cəza kəsdi - FOTO



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə