Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi
ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi
23 Fevral 2017 / 17:14 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb. ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb.

Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Qulieyvin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb. ATƏT PA-nın vitse prezidenti Azay Quliyev öz növbəsində Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-in mühüm üzvü olduğunu bildirib.

Vitse-prezident çıxışında ATƏT PA-nın Baş Katibinin fəaliyətini müsbət qiymətləndirib. Seçki Müşahidə missiyası haqda danışan Azay Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın cəlb olunmasını təklif edib.

Onun sözlərinə görə, belə bir mütəxəssisin olması ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiya işini plenar iclasda təşkil olunan “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam etdirəcək. Sabah ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə