Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cabbarovun Heydər Əliyevin adını daşıyan liseydə direktor “şou”su
Cabbarovun  Heydər Əliyevin adını daşıyan liseydə direktor “şou”su
23 Fevral 2017 / 17:21 / Baxış sayı: 4066
Font1 Font2 Font3 Font4

Xətai rayonunda  yerləşən Heydər Əliyev adına lisey həmişə  Azərbaycanın  ən reytinqli  məktəblərindən biri olub. Uzun müddət  liseyə Fikrət Xəlilov rəhbərıik edib. Bir neçə il əvvəl mətbuatda Hesablama Palatasının liseylə bağlı açıqlaması yayılmışdı. Açıqlamaya əsasən guya  “liseydə 110 min manat yeyinti” olub.

Əslində problemin kökündə  Fikrət Xəlilovun personası  dayanırdı. Çünki  Fikrət Xəlilov heç bir məmurun zənginə, yaxud xahişinə məhəl qoymurdu və şagirdlərin  yalnız  savadlı olmasını tələb edirdi, yəni əsl təhsil adamı idi. Ona görə də irili-xırdalı xeyli məmurlar Fikrət Xəlilovdan narazı idi. Nəticədə Hesablama Palatasının əli ilə Fikrət Xəlilov  direktorluqdan uzalaşdırıldı. Onun yerinə Ümid Babaşov liseyə direktor təyin edildi. Ancaq onu da rahat buraxmadılar. Və az vaxtdan sonra  Ümid Babaşovu guya “fətullahçı” olmaqda ittiham edərək  direktorluqdan kənarlaşdırdılar.

Liseyin yeni direktoru Natavan Bədəlovanın da vəzifə ömrü  cəmi bir neçə ay çəkdi. İki ay əvvəl  təhsil naziri  Mikayıl Cabbarov cənabları  Sevinc Orucovanı  liseyə direktor təyin etdi.

Liseyin başına son illər açılan bu rüsvayçılıq heç bir əndazəyə sığmır. Axı, cənablar, bura sizin üçün ticarət mərkəzi deyil, təhsil ocağıdır. NUH.az-a daxil olan məlumata görə, liseydə yenə gərginlik yaşanır. Deyən lisey yeni direktora “hamilə”dir… Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə