Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat oğurlandı
Deputat oğurlandı
23 Fevral 2017 / 17:41 / Baxış sayı: 476
Font1 Font2 Font3 Font4

Ukrayna parlamentinin deputatı, prezident Pyotr Poroşenkonu dəstəkləyən “Pyotr Poroşenko bloku” fraksiyasının üzvü Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan məlumatı təsdiqləyib. Deputatın oğurlanması xəbərini Ukrayna Təhlükəsizlik Xidməti də təsdiq edib.

Fraksiyanın üzvü Aleksandr Brinqinets bildirib ki, Qonçarenko fevralın 22-də Odessaya təcili görüşə gedib: “O, indiyədək telefon zənglərinə cavab vermir. Prokurorluq onun oğurlandığını ehtimalının çox olduğunu bildirir. Bunun siyasi cinayət olmasına əminəm”.

Məlumata görə, A.Qonçarenko Odessa şəhərinin keçmiş meri Aleksey Kostuseyevin oğludur. O, əvvəllər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Regionların Partiyasının üzvü olub. Həmin dövrdə Odessa Vilayət Şurasına başçılıq edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə