Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır” – “5 nömrəli”nin baş həkimi
“Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır” – “5 nömrəli”nin baş həkimi
23 Fevral 2017 / 17:38 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

““Pul vermirsə, xəstəyə baxmıram” deyən həkimin gözünü çıxartmaq lazımdır”.

Bunu  5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov Lent.az-a açıqlamasında deyib.

Son zamanlar dövlət tibb  müəssisələrində müayinə və müalicə xidmətlərinin pullu olması və rüşvət halları ilə bağlı yayılan fikirlərə münasibət bildirən Z.Əsədov bildirib ki, özünün rəhbərlik etdiyi xəstəxanada rüşvət halları yoxdur və bütün xidmətlər pulsuz həyata keçirilir.

Baş həkim deyib ki, bu gün də 5 saylı Kliniki Xəstəxanada heç bir tibbi xidmət üçün pul tələb edilmir: “Əvvəllər dövlət xəstəxanalarında pullu xidmət olsa da, prezident İlham Əliyevin müvafiq sərəncamından sonra qanunlarla ölkədə bütün dövlət tibb müəssisələrində pullu tibbi xidmət  qadağan edilib. Onu deyim ki, bizdə poliklinika şöbəsi olmasa belə, müraciət edən istənilən xəstənin müayinələrini tam pulsuz yerinə yetiririk. İddia edildiyi kimi hansısa xəstədən pul istəmək, ya pul tələb etmək məsələsi yoxdur”.

Baş həkim qeyd edib ki, fəaliyyətdə olan istənilən tibb müəssisələrində çatmazlıqlar, şikayətlər ola bilər: “Bizim xəstəxanada şəhid ailələri, qaçqın və məcburi köçkünlər, yaşlı və kimsəsiz şəxslər, müharibə veteranları, müxtəlif səbəblərdən əlil olan şəxslərin hamısına xüsusi güzəşt edilir. Onları  növbədənkənar  qəbul edib əlimizdən gələn nə varsa, onu yerinə yetiririk. Hətta həmin şəxslərin bir deyil, bir neçə dəfə müayinədən keçirilməsini tapşırmışıq ”.

Z.Əsədov vurğulayıb ki, xəstəxanada rüşvət halları  olmasa da, hansısa xəstə həkiminə minnətdarlığını ifadə etmək üçün bir qutu şokolad, ya bir dəstə gül gətirir və tələb də edir ki, buna mane olmayaq: “Bunun  qabağına durmamışıq. Çünki xəstə özü deyir ki, bunu minnətdar olduğu üçün özü etmək istəyir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə