Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanlı polkovnik Afrikada əsir götürülüb
Gürcüstanlı polkovnik Afrikada əsir götürülüb
23 Fevral 2017 / 17:56 / Baxış sayı: 516
Font1 Font2 Font3 Font4

Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb.

Gürcüstan mənbələrinin verdikləri xəbərə görə, qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurub. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişvili yaralanıb, pilot isə əsir götürülüb.

Silahlılar Soso Osuraulinin azad olunması müqabilində bir milyon dollar pul tələb edirlər.

Girov götürülən pilotun ailəsi Osuraulinin iki il əvvəl Gürcüstanı tərk etdiyini və vaxtaşırı onlarla əlaqə saxladığını deyib.

Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, sabiq hərbçilərin Konqoya hansı səbəbdən getməsinin səbəbləri məlum deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə