Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qanunsuz dini fəaliyyətlə məşğul olan şəxs həbs edildi – FOTO
Qanunsuz dini fəaliyyətlə məşğul olan şəxs həbs edildi – FOTO
23 Fevral 2017 / 18:27 / Baxış sayı: 550
Font1 Font2 Font3 Font4

Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən, Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub:

S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib:

“Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o, 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakultəsində təhsil alıb”.

Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: “Bu barədə ona dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə