Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbs ediləcəyini düşünən qadın zəhər içdi – Azərbaycanda şok olay
Həbs ediləcəyini düşünən qadın zəhər içdi – Azərbaycanda şok olay
23 Fevral 2017 / 18:33 / Baxış sayı: 916
Font1 Font2 Font3 Font4

Bakıda həbs ediləcəyini düşünən qadın intihara cəhd edib.

Lent.az-ın məlumatına görə, 3 qadına qarşı ümumilikdə  70 min manat dələduzluq etməkdə təqsirləndirilən Dilavər Məmmədova yaşadığı Xırdalan şəhərində zəhər içərək canına qəsd etmək istəyib.

Yaxın qohumların onun intihar etməsindən xəbər tutublar. O, tez bir zamanda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Əldə etdiyimiz məlumata görə, hazırda Dilavər Məmmədovanın cinayət işi üzrə iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun icraatında davam edir.

Dilavər Məmmədova barəsində istintaq dövründə də həbs-qətimkan tədbiri seçilməyib.  Prosesdə çıxışlar mərhələsidir. Prokuror onun barəsində olan heç yerə getməməklə bağlı qətimkan tədbirinin dəyişdirilməsini və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Yaxın günlərdə D.Məmmədova barəsində hökm oxunacağı gözlənilirdi.

Dilavər Məmmədovanın vəkili Tural Süleymanov Lent.az-a açıqlamasında müdafiə etdiyi şəxsin intihara cəhd etməsini təsdiqləyib: “Qohumları bu barədə məni məlumatlandırıb. Onu deyə bilərəm ki, Dilavər Məmmədova bundan qabaq da intihara cəhd edib. Cinayət işi üzrə araşdırma başlanan zaman da Dilavər Məmmədova özünü asmağa cəhd edib. O zamanda həyatını xilas etmək mümkün olub”.

Onu da qeyd edək ki, Dilavər Məmmədova qızıl-zinət əşyaların satışı ilə məşğul olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə