Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Müharibə uşaqların gözü ilə”
“Müharibə uşaqların gözü ilə”
23 Fevral 2017 / 19:20 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

Nərimanov rayonunda “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

23 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında 26 fevral – Xocalı soyqırımının XXV ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda Nərimanov rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdi.

Tədbirdə ilk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və bildirdi ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613 düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

N.Novruzov sonda Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduğunu bildirib.

Sonra inşa-yazı və rəsm müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.

arxiv.bizimxeber.az

nərimanov (1)

nərimanov (2)

 

 

nərimanov (3)

nərimanov (4)

nərimanov (5)

nərimanov (6)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə