Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Arşın mal alan” yenidən Musiqili Teatrın repertuarında
“Arşın mal alan” yenidən Musiqili Teatrın repertuarında
23 Fevral 2017 / 15:50 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi  10 mart Milli Teatr Gününə planlaşdırılır. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir. Onun yaradıcılğı, xüsusilə də ölməz müsiqisi bütün bəşəriyyətin ecazkar və əvəzedilməz mənəvi irsidir. Hal-hazırda Üzeyir bəyin cari repertuarda olan “O olmasın, bu olsun” və “Ər və arvad” komediyaları Musiqili Teatrın ən çox sevilən tamaşalarındandır. Mart ayından isə böyük klassikimizin dünya şöhrətli “Arşın mal alan” əsəri yenidən teatrımızın repertuarında görünəcək. Bizim teatrda hər zaman gənclərə xüsusi diqqət və inam olub. Məhz bunun nəticəsidir ki, 10 mart Milli Teatr Günündə təqdim olunacaq “Arşın mal alan” tamaşasında bir sıra gənclərə – Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Həbibov və başqalarına böyük etimad göstərilib. İnanırıq ki, onlar öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Eyni zamanda Əməkdar artist Ələkbər Əliyev, aktrisalar Gültac Əlili, Elnarə Nağdəliyeva bu tamaşada ilk dəfə oynayacaqlar. Əminəm ki, 10 mart Milli Teatr Günü növbəti dəfə Musiqili Teatrda ikiqat bayrama səbəb olacaq. Milli Teatr Gününü premyeralarla qeyd etmək artıq bizim teatrda bir ənənə halını almaqdadır. Musiqili Teatr ötən il Milli Teatr Gününü Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan, musiqisi gənc bəstəkar Firudin Allahverdiyə məxsus olan “Baladadaşın toy hamamı” iki hissəli lirik musiqli komediya ilə qeyd etdi. Biz bu ənənəni gələcəkdə də davam etdirməyə çalışacağıq”, – deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, martın 10-da tamaşada əsas rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov ifa edəcəklər. Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əmədar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

arxiv.bizimxeber.az

U.Hacibeyli Arshin mal alan 2009 muzkomediya V.Hesenovun foto arxivi (138) (Копировать)

U.Hacibeyli Arshin mal alan 2009 muzkomediya V.Hesenovun foto arxivi (3) (Копировать)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə