Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabirabadda direktorlara məcburi kitab aldırırlar – 2 kitab 60 manata
Sabirabadda direktorlara məcburi kitab aldırırlar – 2 kitab 60 manata
23 Fevral 2017 / 20:08 / Baxış sayı: 2788
Font1 Font2 Font3 Font4

Sabirabadda daha bir rusvaycı hal. Bu gün arxiv.bizimxeber.az-ın elektron ünvanına Sabirabaddan daxil olan məlumata görə, məktəb direktorlarına tapşırılıb ki, hərəsi dövlət başçısının 2 kitabını alsınlar. Təhsil şöbəsində keçirilən iclasda icra hakimiyyətinin muavini Şahnaz Babayeva bildirb ki, bu məsələ müzakirə olunmur və hər kəs bunu almalıdır. 

Şahnaz Babayeva bildirib ki, kitabın dəyəri 25 manatdır, amma “kim 30 manat verərsə başının ucalığıdır”…

Başçının müavini daha sonra əlavə edib ki, “almaq öz xoşunuza deyil, heç kim bəhanə gətirməsin. Bu icra başçısı Nazim İsmayilov konkret tapşırığıdır. Almalısınız”.

İndi direktorlar iki daş arasında qalıblar. Bilmirlər ki nəğd pulla heç nə almayın deyən Təhsil nazirliyini eşitsinlər, yoxsa icra hakimiyyətinin muavini Şahnaz Babayevanı. Çıxılmaz vəziyyətdə qalan direktorlar prezidentə müraciət etmək qərarına gəliblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə