Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli İnsanov azadlığa BURAXILMADI
Əli İnsanov azadlığa BURAXILMADI
24 Fevral 2017 / 1:01 / Baxış sayı: 1078
Font1 Font2 Font3 Font4

Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib. 

arxiv.bizimxeber.az Musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin ev dustaqlığına buraxılması ilə bağlı vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin vəsatətinə baxılıb.

Amma Əli İnsanov məhkəməyə gəlməyib. O, məhkəməyə məktub göndərərək, iştirak etmək istəmədiyini bildirib.

Keçmiş nazirin vəkilləri məhkəmədə çıxış edərkən prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncama istinad edərək Ə.İnsanovun həbsdə saxlanılmasının əsassız olduğunu qeyd ediblər.

“Prezidentin sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır cinayətdə ittiham olunan şəxslər barəsində əksər hallarda həbs-qətimkan tədbirinin seçilməməsi nəzərdə tutulur”.

Əli İnsanovun törətmədiyi, amma əsassız və qanunsuz olaraq təqsirləndirildiyi son əməllər də həmin kateqoriyaya aiddir. Buna görə də Əli İnsanov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmalıdır”,- deyə vəkillər məhkəmədəki çıxışlarında vəsatətlərini əsaslandırarkən bildiriblər.

Məhkəməyə sədrlik edən hakim Fuad Hüseynov Əli İnsanovun vəkillərinin vəsatətini təmin etməyib. Sabiq nazir azadlığa buraxılmayıb.

Əli İnsanovun vəkilləri məhkəmənin ev dustaqlığına buraxılmasından imtina etməsini əsassız hesab edir. Əli İnsanov bu qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin həbs müddəti başa çatsa da ona qarşı yeni ittiham irəli sürülüb.

Ə.İnsanov barəsində açılan yeni cinayət işində keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirli hesab edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə