Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Bakıdakı Danford-Gerasimov görüşündən razıdır
Tramp Bakıdakı Danford-Gerasimov görüşündən razıdır
24 Fevral 2017 / 1:39 / Baxış sayı: 604
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı və ABŞ silahlı qüvvələri Baş Qərargah  rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danfordun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Azərbaycandakı görüşü çox məhsuldar olub.

APA-nın RİA Novostiya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

Bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford  Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə