Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çek”lər yenidən bazara qayıdır? – 6,8 milyonun taleyi qaranlıqdır…
“Çek”lər yenidən bazara qayıdır? – 6,8 milyonun taleyi qaranlıqdır…
24 Fevral 2017 / 10:38 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Son dövrlər özəlləşdirmə paylarının (çeklər) yenidən istifadə imkanları gündəmdədir. Bir çoxları “çek”lərin yenidən istifadə ediləcəyini bildirir.
BakiPost.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələni şərh edərək bildirib ki, Azərbaycanda özəlləşdirmə “çek”lərinin istifadə müddəti başa çatıb: “Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə “çek”i paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 “çek”dən ibarət özəlləşdirmə payları verilib. “Çek”lərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi “çek”lərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə “çek”lərin tədavül müddəti artılıb. Beləliklə, “çek”lərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Amma məsələnin digər tərəfi var: dövriyyəyə buraxılmış “çek”lərin 20 faizi hələ də əllərdədir. Yəni, 6.38 milyon özəlləşdirmə “çek”i istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də az saylı firmalarda olsa da əhalinin də sərəncamında müəyyən sayda “çek”lər var. Hətta onların istifadə müddəti başa çatandan sonra da “çek”lərin “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi”.
Bəs, istifadəsiz qalan 6.38 milyon “çek”dən istifadə mümkündür?
Vüqar Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən “çek”lərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var: “Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə, istifadə olunacağı halda “çek”lərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir. Bu onların saxtasının hazırlanması risklərini artırır”.
İqtisadçı əlavə edib ki, bununla belə, özəlləşdirmə “çek”lərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür: “Bu zaman “çek”lərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda belə imkan olsa belə bu saxta “çek”lərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə