Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uçqundan sağ çıxarılan 8 aylıq Elcandan XƏBƏR var
Uçqundan sağ çıxarılan 8 aylıq Elcandan XƏBƏR var
24 Fevral 2017 / 10:49 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4

Dünən Lerik rayonunun Orant kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxan 8 aylıq Elcanın vəziyyəti yaxşıdır.

Bu barədə BakiPost.az-a Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev məlumat verib. O bildirib ki, balaca Elcanın həyati təhlükəsi yoxdur: “Dünən hadisədən sonra özüm şəxsən briqadanın köməyi ilə Elcanı saat 17:00 da xəstəxanaya çatdırdıq. Bütün müayinələrdən keçib. Vəziyyəti qənaətbəxşdir. Yaxşıdır. Ciddi qüsur patologiyası aşkarlanmayıb. Sağ gicgah payında yüngül gematoma (qan yığılması) aşkarlanıb. Artıq o da sorulmaq üzrədir. Həyati təhlükəsi yoxdur”.

 

Mübariz Ağayev qeyd edib ki, 8 aylıq Elcan sabah evə buraxılacaq.

Qeyd edək ki, Dünən Lerik rayonunda qar uçqunu baş verib. Qar yığını kənd sakini Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb. Qar uçqununun altından 4 meyit, 1 nəfər isə sağ olaraq çıxarılıb. Onlardan ikisi qadın, ikisi isə az yaşlı uşaqlardır. Ölənlər ev sahibi Əhliman Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsidir. 3-cü nəvəsi Elcan isə sağ çıxarılıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə