Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ev həsrətində olanlara şad xəbər – Sosial mənzillər üçün əlavə yer ayrıldı – FOTO
Ev həsrətində olanlara şad xəbər – Sosial mənzillər üçün əlavə yer ayrıldı – FOTO
24 Fevral 2017 / 11:36 / Baxış sayı: 764
Font1 Font2 Font3 Font4

“MİDA” MMC-yə güzəştli mənzillərin tikintisi üçün Suraxanı rayonu ərazisində torpaq sahəsi ayrılıb.

“MİDA”dan Milli.Az-a verilən məlumata görə, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 11 aprel 2017-ci il tarixli fərmanının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu torpaq sahəsinin ayrılması barədə Mənzil İnşaatı Dövlət Agentliyinin təklifi əsasında verilmiş müvafiq sərəncamı 22 fevral 2017-ci il tarixində imzalanıb. Bu ərazi “MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir.

Ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə