Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanın Azərbaycana növbəti xəyanəti
Gürcüstanın Azərbaycana növbəti xəyanəti
24 Fevral 2017 / 12:10 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4

Qarabağ məsələsində İrəvana dəstək verən Tiflisin Bakıya növbəti zərbəsini vurur

Gürcüstan enerji təchizatının əsas həlqəsi olan 1,3 min meqavattlıq İnquri SES-i qeyri-müəyyən müddətə dayandırır və yaranacaq böyük kəsiri Rusiyadan idxal edilən enerji ilə dolduracaq.

İstiPress-in məlumatına görə, bu, Gürcüstan mətbuatında ciddi müzakirələrə səbəb olub. İrəli sürülən ehtimalların ana xəttində “Qazprom”un yenidən Gürcüstan bazarına qayıdacağı və Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın maraqlarının tapdanacağı durur.

Gürcü mətbuatı həm də müqavilə ilə Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş ərazisi olan Abxaziyanı da enerji ilə təchiz edəcək və bu məsələdə xeyli xərcə düşəcək.

Məsələ bundadır ki, Rusiya ilə bu müqaviləni bağlayan energetika naziri Kaxa Kaladze həm də “Qazprom”la Ermənistana nəql edilən təbii qazın tranzit haqqının gəlirlərinin şaxələndirilməsi barədə saziş bağlayıb. Bir sıra ekspertlər bunu “Qazprom”un Gürcüstan bazarına qayıtmasının birinci addımı kimi dəyərləndirirlər.

Daha öncə isə Gürcüstanın Abxaziyadan keçən dəmir yolununun işinin bərpasına razılıq verməsi ilə bağlı xəbər yayılmışdı. Gürcüstanın bu addımı, öz maraqlarına zidd olmaqla yanaşı, təbii ki, Qarabağın işğalına görə Ermənistanı blokadaya salmağa çalışan Azərbaycanın da əleyhinə yönəlib. Rəsmi Tiflis “Qazprom»u geri qaytarmaqla SOCAR-ın satdığı qaza yeni bir rəqib yaradır.

Bu istər-istəməz oliqarx Bidzina İvanişvilinin başçılığı ilə 2013-cü ildə Gürcüstanda hakimiyyəti ələ keçirmiş qruplaşmanın Rusiyaya işlədiyini sübutlarından biridir. Mixail Saakaşvilini hakimiyyətdən salmış qrup xalqın gözündən düşməmək üçün NATO və qərbə inteqrasiya yolu ilə irəlilədiklərini bəyan etsələr də, yavaş – yavaş mövqeləri Rusiyaya verirlər. Bu baxımdan Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən ilhaqı ilə da razılaşmış görünürlər. Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində onlardan sədaqət umması da mənasız görünür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə