Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehman Hüseynova rəsmən “stop” qoyuldu
Mehman Hüseynova rəsmən “stop” qoyuldu
24 Fevral 2017 / 12:30 / Baxış sayı: 412
Font1 Font2 Font3 Font4

Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətə baxılıb.

arxiv.bizimxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, şikayət məhkəmə icraatına qəbul edilib və M.Hüseynov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə