Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki bacını öldürən şəxs yaxalandı – RƏSMİ MƏLUMAT
İki bacını öldürən şəxs yaxalandı – RƏSMİ MƏLUMAT
24 Fevral 2017 / 12:47 / Baxış sayı: 484
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Gəncədə 2 qadının qətlə yetirilməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb. arxiv.bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Belə ki, cari il fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri – 57 yaşlı  Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə