Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda göl DAŞDI: yol və evlər su ALTINDA QALDI
Bakıda göl DAŞDI: yol və evlər su ALTINDA QALDI
24 Fevral 2017 / 12:59 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4

“Bakıda və Abşeron yarımadasında göllərin suyu yenidən artıb. Kürdəxanı gölü daşaraq asfalt yolu keçib”

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu barədə sakinlər və rayon icra hakmiyyətlərindən nazirliyə məktubla müraciət edilib: “Bu günlərdə Zabrat, Kürdəxanı və Daşagil gölünün daşması ilə bağlı sakinlər bizə müraciət ünvanlayıb. Bu günlərdə müraciətlər əsasında əməkdaşlarımız ərazidə olub, vəziyyəti araşdıracaqlar. Göllərin daşması nəticəsində ətrafdakı evlərin zirzəmisi, həyətlər su ilə dolub. Göllərə yaxın məsafədə tikilən evlərdə vəziyyət daha çətindir”.

Ə.Qaralov bildirib ki, göllərin daşmasının səbəbi həm yağıntıların çox olması, həm də ərazidə kanalizasiya, drenaj sisteminin olmamasıdır: “Zabrat gölündən suyun səviyyəsinin tənzimlənməsi üçün əvvəl kanal var idi, onun da qarşısını tutdular. Nəticədə bütün evlərdən çirkli sular göllərə axır. Təkcə bu göllər deyil, Binəqədi, Qala və digər ərazilərdən tez-tez müraciət edirlər. Problemin yeganə həlli ərazidə kompleks tədbirlərin aparılması, kanalizasiya sisteminin təşkil edilməsidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə