Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA
PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA
24 Fevral 2017 / 13:40 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4

PKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, bu haqda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Tuncay Özkan deyib.

CHP-li millət vəkili PKK-da istiliyə həssas raketlərin olduğunu bildirib.

“Qəndildəkilərin hamısı Sincara getdi. PKK o bölgəni ələ keçirib. Doqquz düşərgəsinin olduğunu söyləyirlər. Həmin düşərgələrdə tank, yüngül zirehli texnika və daşınabilən istiliyə həssas raketlər var. Yalnız vertolyotları vurmurlar. Diyarbəkrdə bir F-16 qırıcımız vuruldu. Onu vuranın PKK olduğunu və daşınabilən istiliyə həssas raketlə vurulduğunu dünya mətbuatı yazdı”, – deyə Tuncay Özkan vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə