Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeynəb Xanlarovadan müharibə ÇAĞIRIŞI
Zeynəb Xanlarovadan müharibə ÇAĞIRIŞI
24 Fevral 2017 / 14:00 / Baxış sayı: 462
Font1 Font2 Font3 Font4

“Bizim torpalqarımız işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?”

APA-nın məlumatına görə, bunu bu gün Mİlli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib.

“Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq.  Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, “Dəyirman öz işindədir, çax-çax baş ağırıdır”. Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?” deyə, millət vəkili əlavə edib.

O, ATƏT-in Minsk Qrupunu da tənqid edib: “Biz haqqımızı almaq üçün kimdənsə icazə almalıyıq? Əgər mənim evimə basqın ediblərsə, sakit nə qədər dayanıb gözləyəcəm? Bəli, mən sülh adamıyam, istəmərəm müharibə olsun. Amma biz torpaqlarımızı geri almalıyıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə