Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət rəsmisi Xocalıya görə ABŞ səfirlərini ittiham etdi
Dövlət rəsmisi Xocalıya görə ABŞ səfirlərini ittiham etdi
24 Fevral 2017 / 14:23 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

“Xocalı faciəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasında ölkə televiziyalarının üzərinə yük düşür. Lakin onların başı şouya qarışdığı üçün bu gün biz bu istiqamətdə işləri görmürük”.

arxiv.bizimxeber.az azvision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı deyib. Onun sözlərinə görə, faciəni xarici ölkədə yaşayan insanlara çatdırmalıyıq ki, erməni vəhşiliklərini görsünlər.

“Bizə qarşı münasibətlərdə ikili standartlar var. Azərbaycana gələn ABŞ səfirləri Xocalı soyqırımını tanımır, deyir ki, təcavüzkarı barmağımla göstərə bilmərəm. Lakin Ermənistana gələn bütün Amerika səfirləri qondarma “erməni soyqırımı”nı tanıyır, bəyanatlar verirlər, bayraq qaldırır, müsahibələr verir, göz yaşı axıdır. Lakin bizim Xocalı soyqırımını tanımır. Ölkədə olan bütün səfirlər Cocuq Mərcanlıya getdi, lakin ABŞ səfiri gəlmədi. Bunu kompensasiya etmək üçün Qarabağ əlilinin evinə getdi. Mən bunu da bəyənmədim”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə