Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vitse-spiker Zeynəb Xanlarovaya cavab verdi
Vitse-spiker Zeynəb Xanlarovaya cavab verdi
24 Fevral 2017 / 14:26 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

Müharibə ilə bağlı qərar vermək ali baş komandan İlham Əliyevin səlahiyyətindədir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

Vitse-spiker xalq artsiti Zeynəb Xanlarovanın müharibə çağırışına cavab verib: “Azərbaycan prezidenti İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı müharibəyə də hazırlaşır. Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına üzv olub. Düşünürəm ki, Zeynəb xanım sülh çərçivəsindən çıxış edərək bu cür deyir”.

Qeyd edək ki, Xalq artist, millət vəkili Zeynəb Xanlarova Milli Məclisinə iclasında çıxış edərək müharibə çağırışı edib. Deputat bildirib ki, müharibə edərək torpaqlarımızı azad etməliyik: “25 ildə xeyli gəncimiz şəhid olub. Niyə belə olmalıdır? ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilə bizim ərazimizi işğal edib, evimizə girib. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridir. Birdəfəlik müharibə etməliyik. Biz öz torpaqlarımız uğrunda vuruşacayıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə