Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xarici şirkətlərin Azərbaycana marağı artıb” – Rövnəq Abdullayev
“Xarici şirkətlərin Azərbaycana marağı artıb” – Rövnəq Abdullayev
24 Fevral 2017 / 14:39 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4

Son 2 ildə neftin qiymətinin aşağı olması xarici neft şirkətlərinin Azərbaycandakı enerji layihələrinə olan marağınən azalmasına səbəb olmuşdusa, son vaxtlar bu sahədə müsbət irəliləyişlər var. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Natural Gas World” (NGW) jurnalına verdiyi müsahibəsində bildirib.

Rövnəq Abdullayev bildirib ki, 2016-cı ilin son rübündən etibarən neftin qiymətinin 50 dollar/barrel və daha yüksək səviyyəyə qalxması, bu il üçün verilən daha perspektivli proqnozlar ruhlandırıcı təsirə malikdir: “Deyə bilərəm ki, bir sıra şirkətlər bizə artıq öz maraqlarını ifadə edib.
Onlardan biri Xəzər dənizində ötən əsrin 90-cı illərin sonunda kəşf edilmiş kiçik ehtiyatlara malik qaz kondensat yatağında işləmək arzusunu bildirib. Digər bir şirkət neft yatağının işlənməsini təklif edir. Başqa sözlə, əgər 20 il əvvəlki texnoloji imkanlar və mövcud olan neft qiymətləri səbəbindən bəzi yataqların işlənməsi səmərəsiz idisə, indi bu yataqlardan mənfəət götürülməsi mümkün görünür” (Report).
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə