“Report”un sorğusuna cavab olaraq universitetdən bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bu vəzifənin icrası professor Havar Məmmədova tapşırılıb.

Yeni rektor əvəzi artıq vəzifəsinin icrasına başlayıb.

İndiyə qədər BMU-nun rektor səlahiyyətlərini Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov icra edirdi.

Qeyd edək ki, BMU ötən ay fəaliyyətə başlayıb. Keçmiş Qafqaz Universitetinin bazası həmin təhsil ocağının tabeliyinə verilib.

Xatırladaq ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

arxiv.bizimxeber.az