Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hafiz Hacıyevdən şok: “Bilirəm FOX TV-yə kimlər pul verir və hansı məmurlar var”
Hafiz Hacıyevdən şok: “Bilirəm FOX TV-yə kimlər pul verir və hansı məmurlar var”
24 Fevral 2017 / 14:56 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

“Araşdırmaq lazımdı ki,bu işlərin arxasında kimlər durur. Qardaş ölkədə də bizi istəməyən qüvvələr çoxdur.Onların əksəriyyətinin daxilimizdəki müəyyən qüvvələrlə işbirliyi var”

Bu sözləri Politika.Az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Türkiyənin FOX telekanalının ölkəmizə qarşı təqdim etdiyi iki süjet və yayımın dayandırılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, bugün Mehriban Əliyevanın birinci vitse-prezident olmasını istəməyənlər həddindən artıq çoxdur:

“Burda əsas məqsəd ondan ibarətdir ki,hakimiyyət daxilində korrupsiyaya qurşanmış məmurlarla xarici dövlətlərdə bəzi qüvvələr çox sıx işbirliyindədir.

Bunlar bəri başdan vahiməyə düşürlər ki,Mehriban xanım birinci vitse-prezident olandan sonra korrupsionerlər o dərəcədə “at oynada” bilməzlər və cəzalarını alarlar”.

H.Hacıyev bildirib ki, Türkiyə ANS telekanalını qapatdı: “Biz də tələb eləməliyik ki, FOX telekanalı fəaliyyətini dayandırsın və bu işdə əli olanlar cəzalarını alsınlar.

Biz öz prinsipiallığımızı ortaya qoymalıyıq. Biz qonşu Türkiyənin heç vaxt daxili məsələlərinə qarışmamışıq və onlarda bizim daxili işlərimizə qarışmamalıdırlar. Ona görə də belə məsələlərdə ehtiyatlı olmalıdırlar.

FOX TV məhkəməyə verilməlidir. Bundan sonra aydın olacaq ki,bu kanal kimlər tərəfindən maliyyələşib. Mən bilirəm bu kanalı kimlər maliyyələşdirib.
İstəmirəm bu barədə indidən danışıb ölkədə sensasiya yaradım.Mən düşünürəm ki,ölkə prezidenti bilir bunlar kimlərdi”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə