Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatlar Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif edib
Deputatlar Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif edib
24 Fevral 2017 / 15:06 / Baxış sayı: 518
Font1 Font2 Font3 Font4

Milli Məclisin deputatları Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif ediblər. Parlamentin bu gün keçirilən iclasında M.Qasımlı bildirib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımları da özündə əks etdirməlidir.

O deyib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri gücləndirilməlidir. Deputat Rafael Cəbrayılov isə çıxışında deyib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan xalqdır: “Təəssüflər olsun ki, soyqırımı özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Şəhid xiyabanı ziyarət edilir, bu, yaxşı addımdır. Sanki, Xocalı soyqırımı bir qədər arxa planda qalır. Təklif eirəm ki, Şəhid xiyabanında soyqırımı özündə əks etdirən memorial kompleks salınsın”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə