Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Firdovsi Umudov bayraq qalmaqalından danışdı
Firdovsi Umudov bayraq qalmaqalından danışdı
24 Fevral 2017 / 15:52 / Baxış sayı: 454
Font1 Font2 Font3 Font4

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov İranın Kirmanşah şəhərində keçirilmiş Dünya Kuboku zamanı Azərbaycan bayrağı ilə bağlı yaşanan qalmaqala bir daha aydınlıq gətirib.

arxiv.bizimxeber.az “Report”-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında bu barədə açıqlama verib.

F.Umudov bildirib ki, onların etirazından sonra Azərbaycan bayrağı ilə bağlı yanlışlıq aradan qaldırılıb:

“Dedim ki, bayrağınızı səhv vursalar, xoşunuza gələr? Bizə başqa bayrağın olmadığını bildirdilər. O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələdir. Çünki daha əvvəl də bu cür hadisə olmuşdu. Bildirdik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq. Bizim üzərimizdə hər zaman bayraq olur. Gətizdirib, dəyişdirdik. Ondan sonra yarışa çıxdıq”.

Qeyd edək ki, bayraq qalmaqalı Azərbaycan-Rusiya görüşü zamanı yaşanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə