Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağsu aşırımında sürüşmə aktivləşdi
Ağsu aşırımında sürüşmə aktivləşdi
24 Fevral 2017 / 15:55 / Baxış sayı: 410
Font1 Font2 Font3 Font4
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş vermiş sürüşmə aktiv fazadadır.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının mütəxəssisi Teymuraz Ələkbərov məlumat verib. O deyib ki, aidiyyəti orqanların əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib, hazırda “Azəravtoyol”un əməkdaşları tərəfindən yolda bərpa işləri aparılır.
T. Ələkbərov qeyd edib ki, sürüşmə sahəsinin eni 35-40 metr, uzunluğu 40-50 metr, qırılma qaşının hündürlüyü isə 4-5 arasında dəyişir: “Sürüşmə aktiv fazadadır. Əgər əraziyə atmosfer yağıntıları düşsə, sürüşmənin sahəsi bir qədər də böyüyə bilər. Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə