AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir müraciəti Şimali Koreya rəsmisi səsləndirib.

Koreya Milli Assambleyasının müdafiə üzrə komitəsinin sədri Kim En Vu bildirib ki, ABŞ senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeynə müvafiq məktub ünvanlayıb.

“Kim Çen Namın ölümü Şimali Koreya rejiminin qəddarlığını göstərir”, -deyə parlamentari bildirib. O, KXDR-i bu cinayəti təşkil etməkdə ittiham edib: “Məlumdur ki, hadisədə Şimali Koreyanın da əli var.”

Komitə sədri vurğulayıb ki, burada KXDR hakimiyyətinin rəhbərliyilə terrordan söhbət gedir.

Cənubi Koreya parlamentarisinin müraciəti Makkeynə diplomatik poçt vasitəsilə növbəti həftə çatdırılacaq.

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Nam fevralın 13-də Malayziyanın paytaxtı Kuala-Lampurun hava limanında zəhərlənərək qətlə yetirilib. Buradan o, Makaoya – ailəsinin yanına uçmaq istəyirmiş. Onun meyiti rəsmən tanınmayıb. Ölüm səbəbi haqqında hələ ki, son məlumat elan olunmayıb. Faktla əlaqədar 2 qadın və 2 kişi saxlanılıb. Daha 4 nəfər axtarışdadır. Onların rəsmi Pxenyan tərəfindən gizlədildiyi bildirilir.

arxiv.bizimxeber.az