Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan prezidenti Lukaşenkonun verdiyi kartof toxumundan yaxşı məhsul götürə bilməyib: “Məndə yaxşı alınmadı…”
Gürcüstan prezidenti Lukaşenkonun verdiyi kartof toxumundan yaxşı məhsul götürə bilməyib: “Məndə yaxşı alınmadı…”
24 Fevral 2017 / 16:14 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4

Gürcüstan prezidenti Georgi Maqvelaşvili öz şəhərkənarı evinin bostanından Belaruslu həmkarı Aleksandr Lukaşenko tərəfindən hədiyyə olunmuş kartof məhsulunu yığıb.

Virtualaz.org xəbər verir ki, bu barədə o “Belarus 1” telekanalında yayımlanan “İri planla” proqramında danışıb.

O, söhbətində bildirib ki, Tiflis yaxınlığında həyət evində yaşayır və bostanında müxtəlif tərəvəzlər əkir. Amma Belarusdan hədiyyə olunan kartof Lukaşenkodakı kimi o qədər də məhsuldar alınmayıb.

“Məndə elə də yaxşı alınmadı”, – deyə o bildirib.

Gürcüstan və Belarus prezidentlərinin görüşü 2015-ci ilin aprelində Lukaşenkonun Tiflisə səfəri zamanı baş tutub. Marqvelaşvili 1-2 martda Minskə səfəri nəzərdə tutulub.

Qeyd edək ki, Aleksandr Lukaşenko şəhərkənarı iqamətgahda kənd təsərrüfatıyla məşğul olur. O qonaqları öz əli ilə əkib-becərdiyi təvəzlərə tez-tez qonaq edir, məsələn, o aktyor Stiven Siqala yerkökü yedirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə