Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ləğv olunan bankların əmanətçilərinə kompensasiya ödənildi – 726 milyon
Ləğv olunan bankların əmanətçilərinə kompensasiya ödənildi – 726 milyon
24 Fevral 2017 / 17:04 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan BakiPost.az-a verilən məlumata görə, 23 fevral tarixə Parabank ASC-nin qorunan əmanətçilərinə 43 mln. 175 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4%-i), Zaminbank ASC-nin qorunan əmanətçilərinə 54 mln. 362 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), Kredobank ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 396 min manatdan artıq kompensasiya verilib.
23 fevral 2017-ci il tarixdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 254 min manatdan artıq kompensasiya ödənilib.
Bank Standard QSC-nin qorunan əmanətçilərinə 435 mln. 489 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,9%-i əmanətçilərə ödənilib.
Ləğv prosesində olan Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan”ın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan Gəncəbank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan Texnikabank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 725 milyon 712 min manatdan artıq kompensasiya ödənilib.
Biizmxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə