Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi – FOTO
Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi – FOTO
24 Fevral 2017 / 17:14 / Baxış sayı: 2774
Font1 Font2 Font3 Font4

Ötən həftə Rusiya kriminal aləminin daha bir “xaç atas”ı Yuriy Piçuqin həbs edilib.

Bu, Zaxari Kalaşnikovun həbsindən sonra ən səs-küylü hadisədir.

arxiv.bizimxeber.az 24saat.org-a istinadən xəbər verir ki, Piçuqa ləqəbilə tanınan “oğru” fevralın 18-də Moskvada 72 saat müddətinə saxlanılıb. Sonra təyyarə ilə Komiyə gətirilib. Sıktıvkar məhkəməsi dünən onun barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.

Piçuqa 1994-cü ildən Komidə mütəşəkkil cinayətkar dəstə yaradıb. Bu dəstəyə peşəkar idmançılardan ibarət xeyli adam cəlb edib. Dəstə üzvləri regionda bir çox kommersiya sahələrinə nəzarət ediblər.

Həmçinin axtarış zamanı Federal Təhlükəsizlik Xidməti və DİN onların silah bazalarını aşkarlayıb.

Piçuqa ilə yanaşı dəstə üzvləri Oqtay Əfəndiyev, Sergey Vanuyto, Aleksey Roxlin, Hədis Əzizov, Əhməd İsayev Maksim Əbubəkirov tutulublar.

Həmyerlimiz Oqtay Əfəndiyev karate kempo üzrə dünya çempionu olub. Həmçinin boks, tay boks və digər əlbəyaxa döyüş növləri üzrə Sıtıvkarda tanınmış bir idmançıdır.

İstintaq müəyyən edib ki, Piçuqanın rəqiblərini məhz Oqtay Əfəndiyev və Əhməd İsayev zərərsizləşdirirmiş.

Rusiyanın ən titullu "vor zakon"u və onun azərbaycanlı cangüdəni həbs edildi - FOTO

Rusiyanın ən titullu "vor zakon"u və onun azərbaycanlı cangüdəni həbs edildi - FOTO

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə