Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gözümü gözümdən salan dünyadı…
Gözümü gözümdən salan dünyadı…
24 Fevral 2017 / 17:15 / Baxış sayı: 510
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az həkim şair Əbülfət Kamalın şerlərini təqdim edir. 

DÜNYADI

Hönkürüb ağlasam, gülməyin mənə,

Könlümü əlimdən alan dünyadı.

Səxavət eylədim, yamanlıq gördüm,

Gözümü gözümdən salan dünyadı.

* * * * *

Mən bayquş deyiləm yüz il yaşayam,

Ulayam, qorxuzam, yamanlıq saçam.

Bağlanıb xanələr, zərimi atam,

Şeş-beşi du-birə satan dünyadı.

* * * * *

Əbülfər “Kamalı” eyləsən soraq,

Ünvanı Tər-tərdi, şeri qalacaq.

Gülüstan bağçamda gülüm solacaq,

Dərdi dərd üstə qoyan dünyadı.

 

NƏDİR GÜNAHIM

Dumana düşüb eşqimiz nədən?

Qan ağlayır gözü, nədir günahım?

Güldürdün, ağlatdın ellərə məni,

İmanım, ümüdüm, nədir günahım?

* * * * *

Sənallah, mən öləndə tək ağlama,

Şölə saçan zülfə qara bağlama.

Ağrın alım eşqi belə dağlama,

Sənsiz necə dözüm, nədir günahım?

* * * * *

Bu sevgidə mənə haray dedilər,

Yusifi ala gözlərini zay etdilər.

Bəxti küskün daşqına tay etdlər,

Əbülfətdir özüm, nədir günahım?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə