Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Eldar Mahmudov prosesdən qalib çıxdı”- “AKULA AKİF” BAKIYA MESAJ GÖNDƏRİB
“Eldar Mahmudov prosesdən qalib çıxdı”- “AKULA AKİF” BAKIYA MESAJ GÖNDƏRİB
24 Fevral 2017 / 17:37 / Baxış sayı: 3632
Font1 Font2 Font3 Font4
Eldar Mahmudovun “işverəni” kimi tanınan “Akula Akif” ləqəbli (əslində ona MTN-də “Kilkə Akif” ayaması verilib-red.) Akif Mustafayev Bakıdakı yaxınlarına mesaj göndərib. Hazırda “MTN işi” çərçivəsində axtarışa verilən və İspaniyaya sığınan Akif Mustafayev MTN generallarının məhkəmə prosesindən sonra Azərbaycana dönəcəyini deyib.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Akif Mustafayef Eldar Mahmudovun bu prosesdən qalib çıxdığını deyərək, əlavə edib ki, məhkəmələr başa çatandan sonra fərqli situasiya yaranacaq. O, tezliklə ölkəyə gələcəyini və borclu olduğu şəxslərlə hesablaşacağını da deyib.

Qeyd edək ki, Akif Mustafayev MTN işi ilə əlaqədər olaraq, Baş Prokurorluq tərəfindən axtarışa verilib. O, həmçinin, “İnterpol” tərəfindən də axtarılır. Akif Mustafayevin Azərbaycana gəlməsi barədə iddiası isə blefdir. Görünür bununla o, pul borclu olduğu insanları yola vermək istəyir.

Bununla belə onun, “Eldar Mahmudov prosesdən qalib çıxdı” fikirləri isə düşündürücüdür. Doğrudan da necə ola bilər ki,  tabeçiliyində olan 20 nəfər vəzifə cinayətlərinə görə həbsə atılır amma bu adam əlini-qolunu sallayıb, gəzir. Təsəvvür edin, mütəşəkkil cinayətkar dəstə ifşa olunur amma bu dəstənin başçısına toxunulmur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə