Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda və Şəkidə müxalifətçilər həbs edildi
Bakıda və Şəkidə müxalifətçilər həbs edildi
24 Fevral 2017 / 17:42 / Baxış sayı: 1378
Font1 Font2 Font3 Font4

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fəalı Vasif Müzəffərov fevralın 22-də yaşadığı evdən çıxarkən Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Turan agentliyinə AXCP-nin sədr müavini Gözəl Bayramlı məlumat verib.

Onun sözlərrinə görə, fevralın 23-də Xətai Rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamı əsasında fəalın barəsində 30 sutka inzibati həbs qərarı verib.

24 fevralda isə Şəkidə “Musavat” Partiyasının fəalı Yusif Qarayev yerli məhkəmənin qərarı ilə 25 sutka həbs cəzası alıb. Ona qarşı da eyni – polisə itaətsizlik ittihamı irəli sürülüb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə