Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsrailin daha bir fantastik silahı
İsrailin daha bir fantastik silahı
24 Fevral 2017 / 18:45 / Baxış sayı: 1006
Font1 Font2 Font3 Font4

İsrail Müdafiə Ordusu (İDF) ölkə sərhədlərində dünyada ilk dəfə lazer əsasında hava hücumundan müdafiə sistemi yerləşdirməyə hazırlaşır.

Sistem Çaxal ordusunun imkanlarını artıraraq onlara Fələstinin “Həmas” təşkilatının atdığı raketləri lazerlə məhv etmək imkanı verəcək.

İsrail KİV-in yazdığına görə, bu sistem, həmçinin İsrailin məşhur “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün trayektoriyası az olan minaatan bombalar, kiçik məsafəli raketlər və artilleriya mərmilərini “milçək kimi vurmaq” iqtidarına malikdir.

Hər iki sistem- “Dəmir günbəz” və “Dəmir şüa” İsrail Müdafiə Ordusu tərəfindən maliyyələşdirilən və ABŞ tərəfindən zəmanət verilən “Rafael Advanced Defense Systems Ltd” şirkəti tərəfindən yaradılıb.

“Rafael Advanced Defense Systems Ltd” şirkətinin rəsmisi “Daily Mail”ə bildirib ki, yeni sistem lazer sahəsində davam edən beş illik araşdırmanın nəticəsidir.

“Yeni sistem “Ulduz müharibələri”ndəki futuristik texnologiyanın real versiyasıdır. Bu, olduqca dəqiq və istənilən zərbədən yayınmağa imkan verən texnologiyadır. Siz lazerlərdən istifadə edirsinizsə, deməli, limitsiz darağınız var”, – deyə şirkətin mətbuat katibi Amit Zimmer bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə