Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İctimai yerlərdə siqaret çəkənlər 300 manat cərimələnəcək
İctimai yerlərdə siqaret çəkənlər 300 manat cərimələnəcək
25 Fevral 2017 / 0:01 / Baxış sayı: 1608
Font1 Font2 Font3 Font4

Fevralın 20-dən etibarən Türkmənistanın paytaxtı Aşqabad şəhərində ictimai yerlərdə siqaret çəkənlər üçün nəzərdə tutulmuş cərimənin məbləği 5 dəfə artırılaraq 300 manata çatdırılıb. Bu, rəsmi məzənnə ilə 86 dollar, “qara bazar” məzənnəsi ilə 43 dollara bərabərdir. Əvvəllər cərimənin məbləği 60-75 manat arasında dəyişirdi.

arxiv.bizimxeber.az “Azadlıq” radiosunun Türkmənistan redaksiyasına istinadən xəbər verir ki, bəzi paytaxt sakinləri cərimənin məbləğinin artırılması barədə xəbəri həmin cərimə özlərinə tətbiq edilərkən alıblar. Belə ki, əvvəlcədən heç bir kütləvi informasiya vasitəsi bu barədə məlumat verməyib.

Bundan başqa, siqaret aludəçiləri şikayətlənirlər ki, Aşqabadda siqaret çəkmək üçün ayrılmış yerlər çox azdır və şəhərin bütün hissələrində yoxdur. Eyni zamanda, qanunda “ictimai yer” anlayışı aydın əks olunmayıb və hər bir polis əməkdaşı bunu öz bildiyi kimi qələmə verir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə